Azərbaycan dünyanın əsas fındıq ixracatçılarından biridir

Tokio, 26 avqust, /AJMEDIA/

Son illər ərzində Azərbaycanın qeyri-neft sektorunun ixracında mühüm rol oynayan kənd təsərrüfatı sahəsi, dövlətin gücləndirilmiş dəstəyi və müntəzəm islahatların aparılması nəticəsində əhəmiyyətli dərəcədə inkişaf edib. “Ağıllı kənd təsərrüfatı” kimi məhsuldarlığı və istehsalı artıran prinsiplərin və layihələrin tətbiqi sözügedən transformasiyaya böyük töhfə verib. Bu tədbirlər sayəsində kənd təsərrüfatı sektoru ölkənin qeyri-neft iqtisadi mənzərəsinin əsas sahələrindən birinə çevrilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatının ənənəvi və önəmli sahələrindən biri də fındıqçılıq sahəsidir. Bu sektor artan əkin sahələri, əlverişli iqlim və dövlətin strateji təşəbbüslərinin sinerjisi nəticəsində qeyri-neft sektorunun ixracına mühüm töhfə verməyə davam edir. Bu kompleks tədbirlər sayəsində ölkəmiz qlobal səviyyədə dünyanın ixrac liderləri arasında mövqeyini möhkəmləndirib. Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlarına görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb. Sıralamada ilk üç pillədə Türkiyə, Çili və İtaliya yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts