Azərbaycan Diasporu Gəncləri platformasının üzvləri bir araya gəlib

Tokio, 11 sentyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycan Diasporu Gəncləri (ADG) platformasının təşəbbüsü ilə növbəti görüş keçirilib.

Görüşdə platformanın 2023-cü ildəki fəalliyyəti nəzərdən keçirilib, təşkilatın sıralarına daxil olmuş yeni üzvlər təqdim edilib. Müzakirələr zamanı diaspor gəncləri arasında mühüm körpü rolunu oynayan təşkilatın gündəliyindəki aktual məsələlər, gələcək fəaliyyət istiqamətləri, sıralarının genişləndirilməsi, həyata keçiriləcək layihələrin spesifik xüsusiyyətləri və başqa vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüş yeni təkliflərə münasibət bildirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts