Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Tokio, 20 may , /AJMEDIA/

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında finala yüksəlib.

AJMEDIA xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edib. Onun həlledici qarşılaşmada rəqibi Tatsuki İşihara (Yaponiya) – Ankzaya Lavjarqal (Monqolustan) cütünün qalibi olacaq.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları – Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts