Azərbaycan çempionu hücum xəttini gücləndirib

Tokio, 28 iyul , /AJMEDIA/

“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb.
AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan çempionu hücum xəttini gücləndirib.
UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı Erik Dannilo ilə anlaşıb.
Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı növbəti mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
İyirmi üç yaşlı futzalçı son olaraq İspaniyanın “Peniskola” klubunda çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts