Azərbaycan boksçuları “Strandja” beynəlxalq turnirini 4 medalla başa vurublar

Tokio, 03 mart, /AJMEDIA/

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub.

Boks Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmanın heyətində Zəlimxan Süleymanov (57 kiloqram) və Zaur Qəhrəmanov (67 kiloqram) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kiloqram) Nəbi İsgəndərov (67 kiloqram) isə turniri bürünc medalla başa vurublar.

Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts