Tokio, 24 yanvar , /AJMEDIA/
Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
AJMEDIA xəbər verir ki, günün ilk oyununda “Xəzri” və “Cəlilabad” komandaları qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 100:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Günü digər oyununda “Sabah” və “Xırdalan” komandaları qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə müvəqqəti olaraq 22 xalla “Xəzri” başçılıq edir. “Cəlilabad” isə 16 xalla 6-cı pillədə qərarlaşıb.