Azərbaycan badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Tokio, 7 oktyabr, /AJMEDIA/

Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Azərbaycan Badminton Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yarışda yarımfinala kimi irəliləyən Era Maftuha üçüncü yeri tutub. O, finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Lo Çşi Veyə 3 setdə məğlub olub.

İdmançımız yarımfinala kimi isə Uqanda, Birləşmiş Ərəb Əmirlikləri və Maldivi təmsil edən rəqiblərini üstələyib.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts