Tokio, 16 oktyabr, /AJMEDIA/
Azərbaycanın üç avarçəkəni “Mingəçevir Reqatası” beynəlxalq turnirində medal qazanıb.
AJMEDIA xəbər verir ki, 2007-ci il təvəllüdlü Amin Ramazanov kayak növündə qızıl medal əldə edib. O, finişə hamıdan birinci çatıb.
Əlimurad Hacızadə 2-ci, Niyaz Məlikov-Elvin Əliyev cütü isə 3-cü olub.
Qeyd edək ki, “Mingəçevir Reqatası”na oktyabrın 18-də yekun vurulacaq.