Azərbaycan Asiya-Sakit Okean regionu ölkələrinin Ali Təhsil Pre-sammitində təmsil olunub

Tokio, 1 noyabr, /AJMEDIA/

Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya-Sakit Okean 2024” keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AJMEDIA-ya bildirilib ki, pre-sammitin açılış panelində agentliyin direktoru Ülkər Səttarova Azərbaycanın elm və ali təhsil sistemi barədə təqdimatla çıxış edib. Paneldə, həmçinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud əlaqələr müzakirə olunub və əməkdaşlıq perspektivləri vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyəti ilə təmsil olunduğu pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri, “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts