Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 1 qızıl, 2 gümüş medal qazanıb

Tokio, 31 oktyabr, /AJMEDIA/

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (81 kiloqram) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində 3 medal qazanıb.

AJMEDIA xəbər verir ki, idmançı birdən qaldırmada 151 kiloqramı ram edib və bu hərəkətdə qızıl medala layiq görülüb.

Təkanla qaldırmada 187 kiloqramı başı üzərinə qaldıran atlet bu hərəkətdə gümüş mükafata sahib çıxıb. R.Alməmmədov toplam 338 kiloqram (151+187) nəticə ilə yekun sıralamada da ikinci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyində daha əvvəl Qasım İsmayılov (67 kiloqram) bürünc medala sahib çıxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts