Aydın Mehdiyev: Ordubad torpağının xüsusi cazibədarlığı var

Tokio, 18 fevral , /AJMEDIA/

Bakıdakı Rus evində azərbaycanlı fotoqraf, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Aydın Mehdiyevin “Sehrli Ordubad” adlı sərgisi açılıb. Fotoqraf qonaqlara qədim Ordubad diyarında çəkdiyi ecazkar mənzərələrdən ibarət fotoşəkilləri təqdim edib. O, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı bu şəhərin təkrarolunmaz füsunkarlığını vəsf edib.

Aydın Mehdiyev AJMEDIA-ın müxbirinə sərgilənən ekspozisiyanın yaranması tarixçəsindən bəhs edib: “Sərginin adı Ordubadın mənim ana yurdum olması ilə bağlıdır. Bakıda doğulmuşam və boya-başa çatmışam, amma məktəbə qədər olan uşaqlıq illərim orada keçib. Əslində, bu sərgini atamın xatirəsinə həsr etmişəm. O, ötən il dünyasını dəyişib. Atam bu şəhərə çox bağlı idi. O, mənim üçün əsl kişi etalonu olub”.

Həmsöhbətimizin sözlərinə görə, Ordubad xüsusi cazibədarlıqla hopmuş diyardır. “Süjetin gözəlliyi baxımından qeyri-real görünən bir neçə fotoşəkil var. Haradasa qartal uçur, arxa planda canavar görünür və s. Bu şəhərin xüsusi enerjisi və insanları var. Məni sərgi təşkil etməyə və bununla da bu ecazkar bölgənin gözəlliyini vəsf etməyə ruhlandıran məhz budur”, – deyə A.Mehdiyev qeyd edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts