Avstriyada məmurlara “TikTok”dan istifadə qadağan ediləcək

Tokio, 10 may , /AJMEDIA/

Avstriyada təhlükəsizlik tədbirləri çərçivəsində məmurlara xidməti telefonlarında “TikTok” tətbiqindən istifadə qadağan olunacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner jurnalistlərə deyib. Onun sözlərinə görə, qadağa şəxsi telefonlara şamil edilmir.
Nazir məhdudiyyətlərin xidməti telefonlardakı mümkün dövlət məlumatlarını qorumaq üçün tətbiq edildiyini bildirib. Qadağalar federal qurumların əməkdaşlarına aiddir, əyalət orqanlarının işçilərinə isə “TikTok”dan imtina etmələri tövsiyə olunur.
Bir müddət öncə Avropa Komissiyası və Avropa İttifaqı Şurası əməkdaşlarının xidməti telefonlarında “TikTok” tətbiqinin istifadəsini qadağan edib. Bu qadağa ABŞ, Kanada və bəzi ölkələrdə də qüvvəyə minib.
Qeyd edək ki, qısa videoların yerləşdirilməsi üçün istifadə olunan “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, onun beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya kompaniyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts