Tokio, 31 oktyabr , /AJMEDIA/
Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəmir.
AJMEDIA Avstraliya Futbol Federasiyasının (FFA) rəsmi saytına istinadən xəbər verir ki, qurum sözügedən mundial üçün namizədliyini irəli sürməyəcək.
Bildirilib ki, FFA bütün amilləri nəzərə alaraq bu qərarı qəbul edib.
Daha əvvəl FIFA Asiya Futbol Konfederasiyası (AFC) və Okeaniya Futbol Konfederasiyasını (OFC) DÇ-2034-ə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə dəvət edib. Ardınca isə Səudiyyə Ərəbistanı bu mübarizəyə qoşulmaq üçün ali futbol qurumuna müraciət ünvanlayıb