“Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

Tokio, 12 may , /AJMEDIA/

“Avroviziya-2023” musiqi yarışmasının finalında iştirak edəcək bütün ölkələr məlum olub.
AJMEDIA xəbər verir ki, Liverpulda keçirilən müsabiqənin ikinci yarımfinalında ilk on yeri tutan Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.
Qeyd edək ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.
Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts