Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb

Tokio, 2 iyul , /AJMEDIA/

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

AJMEDIA xəbər verir ki, güləşçiləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Novi Sad şəhərində keçirilmiş yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş yığması yekunda 160 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts