Avropa çempionu olan şəhid qızı atasının məzarını ziyarət edib

Tokio, 18 noyabr, /AJMEDIA/

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində qızıl medal qazanan Azərbaycan taekvondoçusu Dərya Hüseynova doğulduğu Göygöl rayonunda coşqu ilə qarşılanıb.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) AJMEDIA-ya verilən məlumata görə, o, daha sonra yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi olan atası Elbrus Hüseynovun məzarını ziyarət edib.

Bu gün ATF-nin qonağı olan 8 yaşlı taekvondoçu atasının istəyi ilə idmana gəldiyini və Avropa çempionatında qazandığı qələbəni atasına həsr etdiyini bildirib.

Qeyd edək ki, 24 kiloqramda mübarizə aparan Dərya Hüseynova Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts