Avropa çempionatı: Bu gün Azərbaycan voleybol millisi təsnifat mərhələsində ilk oyununa çıxacaq

Tokio, 17 avqust, /AJMEDIA/

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində bu gün mübarizəyə başlayacaq.

AJMEDIA xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Avstriya yığmasının qonağı olacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandasının təsnifat mərhələsindəki növbəti oyunu avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts