Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

Tokio, 4 iyul , /AJMEDIA/

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Serbiyada keçirilən 20 yaşlılar arasında Avropa çempionatında üçüncü olub.

Azərbaycan Güləş Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yığma yarışda 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kiloqram) gümüş, Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram) və Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal əldə ediblər.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü yeri tutub. Türkiyə (123 xal) birinci, Gürcüstan (116 xal) isə ikinci olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts