Avrasiya İnkişaf Bankı Azərbaycan və Türkiyənin iştirakına açıqdır – İdarə Heyətinin sədri

Tokio, 30 iyun , /AJMEDIA/

Avrasiya İnkişaf Bankı (AİB) Azərbaycan və Türkiyənin iştirakına açıqdır.

AJMEDIA xəbər verir ki, bu barədə AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov bankın Almatıda keçirilən illik toplantısı və biznes forumu çərçivəsində deyib.

“Genişləndirmək planlarımız var. Özbəkistanın bu banka qoşulması ilə bağlı planlarımız var və mən ümid edirəm ki, bu il ərzində bu prosedurları başa çatdıracağıq və artıq layihələri maliyyələşdirməyə başlayacağıq. Azərbaycan və Türkiyəyə gəlincə, bu ölkələrin coğrafiyasını nəzərə alsaq, onlar Avrasiya regionunda yerləşirlər. Türkiyə ilə Azərbaycan və Avrasiya regionu ölkələri arasında ticarət dövriyyəsinin həcmini nəzərə alsaq, bu ölkələrin Avrasiya İnkişaf Bankında iştirakı, şübhəsiz ki, vacibdir və artıq bankda olan ölkələr, həm də Azərbaycan və Türkiyə üçün faydalı olardı. Biz Azərbaycan və Türkiyənin iştirakına açığıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, ölkələrin üzvlüklə bağlı qərarlar səhmdarlar səviyyəsində qəbul edilir.

“Bunun üçün biz ölkələrdən onların banka qoşulmaq niyyəti ilə bağlı müvafiq müraciətlər almalıyıq və bundan sonra üzvlüklə bağlı rəsmi prosedurlara başlaya bilərik. Azərbaycan və Türkiyə arasında region ölkələri ilə əməkdaşlığın perimetri bizə cari birgə layihələrin siyahısını tez bir zamanda hazırlamağa imkan verir və hesab edirəm ki, bu ölkələr Avrasiya İnkişaf Bankının üzvləri olsaydı, biz bu layihələri uğurla həyata keçirə bilərdik”, – deyə İdarə Heyətinin sədri əlavə edib.

Qeyd edək ki, AİB Avrasiya regionu ölkələrində iqtisadiyyatların, ticarət-iqtisadi əlaqələrin və inteqrasiya proseslərinin inkişafına yönəlmiş investisiya fəaliyyətini həyata keçirən beynəlxalq maliyyə təşkilatıdır.

Hazırda bankın səhmdarları altı ölkə – Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistandır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts