“Atropat-2350” mövzusunda respublika elmi konfransına tezis qəbul olunur

Tokio, 5 sentyabr , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin təşkilatçılığı ilə dekabrın 22-də keçiriləcək “Atropat-2350” mövzusunda respublika elmi konfransına tezis qəbulu davam edir.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, konfrans üçün tezislərin həcmi 300 sözdən artıq olmamalı, elektron variantı noyabrın 25-dək təşkilat komitəsinə, nailamamed@mail.ru ünvanına göndərilməlidir. Tələblərə cavab verməyən tezislər dərc olunmayacaq. Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.
Konfrans haqqında əlavə məlumat və tezislərə dair tələblərlə AMEA-nın saytında tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts