Tokio, 15 iyul , /AJMEDIA/
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin təşkilatçılığı ilə dekabrın 22-də “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransa göndərilən tezislərin həcmi 300 sözdən artıq olmamalı, elektron variantı noyabrın 25-dək təşkilat komitəsinə, [email protected] ünvanına göndərilməlidir. Tələblərə cavab verməyən tezislər dərc olunmayacaq. Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.
Konfrans haqqında əlavə məlumat və tezislərə dair tələblərlə AMEA-nın saytında tanış olmaq mümkündür.