ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

Tokio, 13 may , /AJMEDIA/

ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır və danışıqların konstruktiv şəraitdə keçməsinin tərəfdarıdır.

AJMEDIA xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik. Danışıqlar prosesi etimad şəraitində, bərabər əsasda keçməlidir. Onilliklər boyu davam edən və iztirablara səbəb olan münaqişəyə son qoyula bilər”, – deyə Yan Borq vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts