Atan kazaklardır?..

Tokio, 11 aprel , /AJMEDIA/

Erməni-azərbaycanlı münaqişəsinin tarixinə və inkişaf dinamikasına bugünümüzün prizmasından ötəri baxış

Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il Bəyanatının imzalanmasından ötən ilyarıma yaxın müddətdə həmin üçtərəfli razılaşmanın 4-cü maddəsinə uyğun olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilərək bölgədən çıxarılmaması gözlənildiyi kimi, keçmiş münaqişə zonasında yenidən atəş səslərinin eşidilməsinə, Ermənistanın terror-təxribat cəhdlərinin baş alıb getməsinə münbit şərait yaratdı.

Son günlərdə bu kimi təxribatların intensiv xarakter alması Azərbaycan Ordusunu adekvat tədbirlər görməyə məcbur etdi. Bu tədbirlərə uyğun olaraq ordumuz tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparılması, hərbçilərimizin ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə dislokasiya olunması Ermənistanda və nə qədər qəribə görünsə də Rusiyada böyük isterikaya səbəb oldu. Rusiya Federasiyasının Müdafiə və Xarici İşlər nazirliklərinin məsələ ilə bağlı heç bir əsası olmayan sərt bəyanatlarla çıxış etmələri, hətta Azərbaycan tərəfini “Dağlıq Qarabağ silahlı qüvvələrinə” hücum etməkdə suçlamaları istər-istəməz yadıma görkəmli dramaturqumuz Cəfər Cabbarlının “1905-ci ildə” əsərindən Allahverdi ilə İmamverdinin məşhur dialoqunu və görüş səhnəsini saldı…

Yəqin ki, möhtərəm oxucularımız da sözügedən pyesdə erməni Allahverdi Əsriyan ilə azərbaycanlı İmamverdinin şəxsində Rusiya imperiyasının tarix boyu “Parçala, hökmranlıq et!” prinsipinə söykənərək bu iki xalq arasında nifaq toxumu səpməsinin, onları bir-birinə qırdırmasının necə böyük ustalıqla əks etdirildiyini unutmayıblar. Şübhəsiz, 1905-1906- cı illər erməni-müsəlman davasına qədər Qarabağın Tuğ kəndində ailəlikcə, necə deyərlər, can bir qəlbdə ömür sürən, sevincləri də, kədərləri də bir olan, hətta həyətyanı sahələri arasında adi çəpər belə olmayan mehriban qonşuların- Allahverdi ilə İmamverdinin savaş dönəmində üz-üzə səngərlərdən bir-birlərinə odlu silahlar tuşlamaları, bu zaman qarşılıqlı hədə-qorxularla, söyüşlərlə müşayiət olunan dialoqları, nəhayət, ənənəvi “haralısan” sualına cavabdan sonra hər iki tərəfdən “döyüşçülərin” tüfənglərini atıb öpüşüb-qucaqlaşmaları, qəflətən naməlum istiqamətdən açılan atəş nəticəsində yaralanan erməni Aram yerə yıxılarkən Allahverdinin dilindən qopan “Atan kazaklardır” nidasının qırğının pərdəarxası qaranlıq məqamlarına işıq salması səhnəsi də yaddaşlardan silinməyib.

Bu epizodu xatırlatmaqda məqsədimiz heç də tarix boyu üçüncü tərəflərin öz qara niyyətlərini reallaşdırmaq üçün əllərində alətə çevirdikləri, türkün qanına susayan, cümlə faciələrimizin baiskarı, “çörəyi dizinin üstündə” olan, xain, barbar, faşist xislətli erməni toplumunu təmizə çıxarmaq deyil. 117 il bundan əvvəl baş verən hadisəyə bu günün prizmasından baxmaqla belə bir tarixi həqiqəti təkrarən xatırlatmaqdır ki, əslində Yer üzündə ən qorxaq, ən müti, ən rəzil toplum kimi tanınan bu “arxalı köpəklər” istər 1905-1906, istər 1918-1920, 1948-1953, istərsə də 1988-1993-cü illərdə məhz onları türkün, azərbaycanlının üstünə qısqırdan sahiblərinin himayəsi altında xalqımıza qarşı bəlkə də bəşər tarixində misli-bərabəri olmayan soyqırımlar, qətliamlar və digər antiinsani əməllər törətmişlər. Bu “arxalı köpəkləri” açıq şəkildə 1905-1906-ci illərdə “kazaklar”, 1918-1920-ci illərdə “bolşeviklər” adı altında üstümüzə qısqırdanlar, SSRİ adlı şər imperiyasının mövcud olduğu 1922-1991-ci illərdə, daha dəqiq desək, Dağlıq Qarabağ münaqişəsinin alovlandırıldığı 1988-ci ilədək “sovetlər” adı altında nisbətən fərqli taktikaya üstünlük vermiş, necə deyərlər, saman altından su yeritmişlər. Başqa sözlə, vaxtilə sələflərinin Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsində məskunlaşdırdıqları, süfrəmizin qırın-qırtıqları ilə “ətə-qana dolan” bir ovuc erməniyə muxtariyyət verərək bu xəyanətkar toplumu həmin ilin fevralından İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizədək davam edən faciələrimizə hazırlamışlar.

Süni surətdə yaradılan, 1988-ci il fevralın 13-də ermənilərin Xankəndidə start götürən bədnam “miatsum” çağırışlı mitinqləri ilə alovlandırılan keçmiş Dağlıq Qarabağ münaqişəsinin inkişaf dinamikasına, xüsusilə həmin ayın axırlarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (oxu: KQB-nin) əli ilə Sumqayıtda törədilən qanlı hadisələrdən sonra geriyə dönməz xarakter alan proseslərə bu günün prizmasından ötəri nəzər saldıqda hələ də bitib-tükənməyən faciələrimizin bir mərkəzdən körükləndiyini açıq-aydın görmək olur. Ermənilərin ən böyük himayədarlarının münaqişə bölgəsində “sabitlik yaratmaq” siyasətində o dövrlə bugünümüzün fərqli cəhəti yalnız ondadır ki, həmin vaxt bu siyasəti “xilaskar sovet ordusu” həyata keçirirdi, hazırda isə “sülhməramlı qüvvələr” adı altında müstəqil Rusiya dövlətinin ordusu yerinə yetirir.

Əslində İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda bölgədə atəşkəsə əməl edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarına nəzarət funksiyalarını yerinə yetirməli olan Rusiya sülhməramlı qüvvələrinin vəzifə və səlahiyyətləri, necə deyərlər, zərgər dəqiqliyi ilə müəyyən edilmişdir. Bəyanatın 4-cü maddəsinin tələblərinə əsasən, Rusiya sülhməramlıları bölgədə İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə paralel surətdə yerləşməli idi. Amma biz əslində nə gördük? Onu gördük ki, Rusiya sülhməramlıları Bəyanat imzalanandan dərhal sonra bölgədə zühur etdikləri halda, erməni silahlı quldur birləşmələrinin tör-töküntüləri günü bu gün də sülhməramlıların nəzarətində olan ərazilərimizdə, necə deyərlər, at oynatmaqdadırlar. Son hadisələr də bunu bir daha təsdiq edir.

Biz hələ Rusiya Müdafiə Nazirliyi sözçülərinin təbirincə desək, “Dağlıq Qarabağ silahlı qüvvələri” tərəfindən dəfələrlə Şuşanın, Ağdamın və digər ərazilərimizin atəşə tutulmasını, erməni terrorçusunun rus sülhməramlılarının gözləri qarşısında ərazidə xidmət aparan hərbçilərimizə qumbara atmasını, əsgərlərimizin tərksilah edərək onlara təhvil verdikləri həmin terrorçunun sonradan sərbəst buraxılmasını və digər təxribatları dilə gətirmirik. Hələ onu da demirik ki, hər bir azərbaycanlı üçün müqəddəs məkan olan, bu gün Rusiya sülhməramlılarının nəzarət etdikləri Xocalı ərazisində əlində “Kalaşnikov” avtomatı tutan, kiçik yaşlı erməni qızını sinəsinə sıxan “xilaskar rus əsgəri”nə abidə qoyulması əslində “sülhməramlıların” hansı məram və məqsədlərə xidmət etmələrinə işıq salır. Bütün bu gerçəklikləri göz önünə gətirəndə bəlkə də yuxarıda işlətdiyimiz “Erməni silahlı dəstələrinin sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərimizdə at oynatmaları” ifadəsi yerinə düşmür. Ən azı ona görə ki, 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrini darmadağın edən rəşadətli Azərbaycan Ordusu düşmənə elə bir toy tutdu ki, şübhəsiz, onlar hələ bundan sonrakı 44 ildə də özlərinə gəlmək iqtidarında olmayacaqlar. Belə bir reallıqda əgər ermənilər bu gün sülhməramlıların məsuliyyət zonasından bizə tərəf atəş açırlarsa bu, o anlama gəlir ki, həmin silahı onların əlinə verib Azərbaycan Ordusunun mövqelərinə tuşladan srağagünkü “kazakların”, “bolşeviklərin”, dünənki “xilaskar sovet ordusunun” bugünkü xələfləri olan Rusiya sülhməramlılarıdır.

Şəxsən mən bir jurnalist kimi münaqişənin alovlandırıldığı ötən əsrin 80-ci illərinin sonlarından etibarən dəfələrlə bu gerçəkliyin şahidi olmuşam. Yaxşı yadımdadır, Sumqayıt hadisələrindən dərhal sonra SSRİ rəhbərliyi Azərbaycanın münaqişə bölgəsindən xeyli uzaqda yerləşən, ermənilərin də yaşadıqları (ermənilər Azərbaycanın əksər ərazilərində kefikök yaşayır, ən yaxşı vəzifələrdə işləyirdilər) şəhər və rayonlarında, o cümlədən mənim sakini olduğum Yevlaxda onları qorumaq üçün qeyri-rəsmi fövqəladə vəziyyət elan etmişdi. Şəhərdə az qala hər erməni ailəsinin evinin qarşısında tank və ya digər zirehli texnika gecə-gündüz keşik çəkir, rus əsgərləri ermənilərin ünvanına bir kəlmə söz deyənlərə divan tuturdular.

Paradoksal vəziyyət yaranmışdı. Münaqişə yeni başlayanda, daha doğrusu, sovet ordusunun bölmələri hələ burada olmadığı zaman əmək kollektivlərində keçirilən toplantılarda xalqlarımız arasında nifaq saldıqlarına görə öz soydaşlarını lənətləyən ermənilər sonralar şəhərdə qeyri-rəsmi fövqəladə vəziyyət şəraitində baş tutan belə tədbirlərdə havadarlarının himayəsinə sığınaraq həyasızcasına “Dağlıq Qarabağın tarixi erməni torpağı olduğunu” iddia edir, hətta xalqımızın ünvanına aşağılayıcı ifadələr işlətməkdən belə çəkinmirdilər.

Analoji hadisə Yevlax Mərkəzi Şəhər Xəstəxanasında da baş vermişdi. Sovet ordusu bölmələrinin şəhərdə olmadığı vaxt keçirilən toplantıda həmcinslərinin ünvanına olmazın təhqirlər yağdıran xəstəxananın Nadya (soyadını unutmuşam) adlı erməni əsilli baş tibb bacısı sovet hərbçilərinin iştirakı ilə baş tutan iclasda üzünü 40 ildən artıq birlikdə çalışdığı iş yoldaşlarına tutaraq abır-həya etmədən rus dilində “Nə istəyirsiniz Dağlıq Qarabağdan? Qarabağ ermənilərindir” demişdi. Sonradan bilinmişdi ki, bütün cərrahi əməliyyatlarda xəstəxananın məşhur cərrahının (artıq haqq dünyasında olduğuna görə adını çəkmək istəmirəm) assisenti kimi iştirak edən həmin o Nadya neçə-neçə azərbaycanlının həyatının yarımçıq qırılmasına bais olmuşdur. Başqa bir misal. Şəhər Mənzil-istismar idarəsinin Məjlum Məjlumov adında yaşlı baş mühasibi vardı. Sir-sifətindən daşnaklıq yağan bu idbar erməninin azərbaycanlılara nifrət etdiyini Yevlaxda demək olar ki, hamı bilirdi. Amma “vahid qardaşlıq ailəsi”ndə yaşadığımıza görə bu daşnak törəməsinə güldən ağır söz deməyə cürət edən yox idi. Münaqişə alovlanan kimi Yevlağı tərk edən bu daşnak tör-töküntüsü günlərin birində rus tankının üstündə peyda oldu və şəhərin baş prospekti olan ovaxtkı “Kommunist” küçəsində (indiki Heydər Əliyev prospekti) o tərəf-bu tərəfə şütüyən tankın üstündə ünvanımıza hədə-qorxu, şər-böhtanla dolu “nitq” irad edərək tezliklə Kür çayına qədər bütün ərazilərimizə sahib olacaqlarını bəyan etdi.

Bir faktı da deyim. Yevlaxda qeyri-rəsmi fövqəladə vəziyyət rejimi tətbiq edən “arxalı köpəklər”in qoruyucuları ictimai mövqeyindən asılı olmayaraq hər kəslə, hətta vəzifə sahibləri ilə son dərəcə amansız davranırdılar. Həmin vaxt baş vermiş bir hadisəni Yevlaxda günü bu gün də çoxları yaxşı xatırlayır. Şəhər Sanitar-epidemioloji stansiyasının baş həkimi vəzifəsində çalışan, təbiəti etibarilə sakit, mehriban, gülərüz bir insan olan Əhəd Kərimxanov ağ köynəkdə, qalstukda işdən Səməd Vurğun küçəsi ilə evinə nahar fasiləsinə gedərkən rus hərbçiləri onun qarşısını kəsib geri qayıtmasını tələb etmişdilər. Əhəd müəllim onlara məsul vəzifədə işlədiyini, yaxınlıqda yerləşən evinə nahara getdiyini izah etməyə çalışsa da xeyri olmamışdı. Qəflətən onun üstünə şığıyan hərbçilər zavallı Ə.Kərimxanovu yerə yıxaraq əllərindəki rezin dəyənəklə (dubinka) vəhşicəsinə döyərək xəstəxanalıq etmişdilər. Belə faktlar,onlarla,bəlkə də yüzlərlədir…

Qeydlərimə böyük Cəfər Cabbarlının “1905-ci ildə” pyesindən məşhur bir epizodla başladığım kimi, həmin əsərdən yenə də erməni Allahverdinin qonşusu İmamverdi ilə görüş səhnəsində xalqlar arasında düşmənçilik toxumu səpənləri nəzərdə tutaraq dediyi “Allah bunların evini yıxsın, yıxdılar məxluqun evini!” fikri ilə tamamlamaq istəyirəm. Onu da xüsusi vurğulamaq istəyirəm ki, bu gün – aradan bir əsrdən artıq vaxt keçəndən sonra da onun-bunun əlində alət olan, bu xisləti ilə başqa xalqlarla yanaşı, öz toplumuna da sonu görünməyən faciələr yaşadan erməni cəmiyyətində Allahverdi kimi düşünənlər var. Amma təəssüf ki, o vaxt olduğu kimi, bu gün də onların sayı çox azdır. Və nə qədər ki, belə düşünənlərin sayı az olacaq, o qədər də bütövlükdə erməni toplumu supergüclərin əlində alətə çevrilmək, özgələrinin fitvası ilə Azərbaycan xalqına qarşı düşmənçilik mərəzindən qurtulmayacaq. Onlar bu mərəzdən qurtulmayınca isə bölgəmizdə sülhün və əmin-amanlığın yaranması da müşkülə çevriləcək. Həm də çox böyük müşkülə!..

Follow us on social

Facebook Twitter Youtube

Related Posts