Tokio, 3 iyul , /AJMEDIA
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
AJMEDIA xəbər verir ki, görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu dedi. Bu əsnada müzakirələr aparıldı. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verdi.
Söhbət zamanı nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edildi.