“Aşoka” serialının ilk bölümü 14 milyon baxış sayı yığıb

Tokio, 30 avqust , /AJMEDIA/

“Ulduz müharibələri” filmi əsasında ekranlaşdırılan “Aşoka” serialının bir bölümü bir həftə ərzində dünya üzrə 14 milyon baxış sayı yığıb.

AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, serialın “Müəllim və şagird” başlıqlı ilk bölümü “Disney+” platformasında qlobal miqyasda nömrə bir olub.

Qeyd edək ki, serial Tano imperiyasının süqutundan sonra qalaktikada baş verəcək təhlükələrin araşdırılması haqqındadır.

Serialda Baş rolları Rosario Dawson, Natasha Liu Bordizzo, Meri Elizabeth Winstead, Rey Stivenson, İvanna Sakno, Diana Li Inosanto, David Tennant, Eman Esfandi, Evan Whitten, Genevieve O’Reilly, Lars Mikkelsen ifa edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts