“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tokio, 29 iyun , /AJMEDIA/

Azərbaycan üzgüçüləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb.

AJMEDIA xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafədə sərbəst üsulla gümüş, Oqtay Hüseynov 400 metr məsafədə qarışıq üsulla bürünc medal qazanıb.

Qeyd edək ki, iyunun 30-da hər iki üzgüçümüz 400 metr məsafədə sərbəst üsulla çıxış edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts