Tokio, 23 yanvar , /AJMEDIA/
Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turuna start verilib.
AJMEDIA xəbər verir ki, ötən gün A qrupunda iki qarşılaşma keçirilib.
Turnirə ev sahibliyi edən Qətər millisi Çin yığmasını minimal hesabla məğlub edərək növbəti mərhələyə maksimum nəticə ilə yüksəlib.
Digər görüşdə isə Tacikistan seçməsi Livana qalib gəlib – 2:1. Bu nəticədən sonra Qətərlə yanaşı, Tacikistan komandası da pley-offa vəsiqə əldə edib.
Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.