Site icon AJMEDIA Azərbaycanca

Asiya Kuboku: Qətər və Tacikistan yığmaları pley-offa vəsiqə qazanıblar

Tokio, 23 yanvar , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turuna start verilib.

AJMEDIA xəbər verir ki, ötən gün A qrupunda iki qarşılaşma keçirilib.

Turnirə ev sahibliyi edən Qətər millisi Çin yığmasını minimal hesabla məğlub edərək növbəti mərhələyə maksimum nəticə ilə yüksəlib.

Digər görüşdə isə Tacikistan seçməsi Livana qalib gəlib – 2:1. Bu nəticədən sonra Qətərlə yanaşı, Tacikistan komandası da pley-offa vəsiqə əldə edib.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

Exit mobile version