Asiya Kuboku: İraq yığması Yaponiyaya qalib gələrək liderliyə yüksəlib

Tokio, 20 yanvar , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

AJMEDIA xəbər verir ki, C və D qruplarında növbəti qarşılaşmalar keçirilib.

C qrupunda İran millisi ikinci qələbəsini qazanıb. Onlar bu dəfə Honq Konqa 1:0 hesabı ilə qalib gəlib.

D qrupunda İraq yığması Yaponiyaya 2:1 hesabı ilə qalib gələrək liderliyə yüksəlib. Qrupun digər görüşündə isə İndoneziya millisi Vyetnamı məğlub edib.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts