“Asahi Shimbun” qəzeti: Azərbaycan PUA-larla yeni müharibələr dövrünün başlanğıcını qoydu

Tokio, 27 dekabr , /AJMEDIA/

Qarabağda 2020-ci ildə baş verən müharibə vaxtı Azərbaycan pilotsuz uçuş aparatları (PUA) ilə yeni müharibələr dövrünün başlanğıcını qoydu.
AJMEDIA xəbər verir ki, bu fikir Yaponiyanın böyük tirajla nəşr olunan “Asahi Shimbun” qəzetinin PUA-lara həsr olunan məqaləsində əksini tapıb. Məqalədə iki il bundan əvvəl Azərbaycanla Ermənistan arasında Qarabağda baş vermiş və hazırda Ukrayna ilə Rusiya arasında davam edən münaqişədə istifadə edilən PUA-ların yalnız müasir dövrümüzün deyil, həmçinin gələcək müharibələrin də əsas silahlarından biri olacağı vurğulanır. Qeyd edilir ki, Yaponiya Müdafiə Nazirliyi gələn maliyyə ili üçün təqdim etdiyi və Nazirlər Kabineti tərəfindən dekabrın 23-də təsdiqlənmiş ilkin büdcədə məhz bu silahların alınması üçün böyük məbləğdə vəsaitin ayrılmasına sorğu verib. Həmin silahların həm Qarabağda, həm də Ukraynada özünü doğrultduğu, kəşfiyyatla yanaşı, düşmənin hərbi hədəflərini yüksək dəqiqliklə məhv etməkdə fərqləndiyi bildirilir.
Müdafiə Nazirliyinin gələn maliyyə ilində əldə etmək istədiyi PUA-lar arasında Türkiyə istehsalı olan “Bayraktar-TB2” dronları xüsusi yer tutur. Qeyd edilir ki, bu dronlar həmçinin düşmənə zərbə endirilməsinə xidmət edən odlu silahlar daşımağa qadirdir. Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda müharibə dövründə sosial şəbəkələrdə paylaşdığı görüntülər bu PUA-ların yüksək texniki göstəricilərə malik olduğunu təsdiq edib. Vurğulanıb ki, Azərbaycan məhz bu PUA-lardan istifadə edərək Ermənistan ordusunun hədəflərini yüksək dəqiqliklə məhv edib və bunu əks etdirən kadrlar bütün dünyada böyük əks-səda doğurub.
Məqalədə Yaponiya Müdafiə Nazirliyinin gələn maliyyə ilində ABŞ istehsalı olan “MQ9” və “Global Hawk” kimi PUA-ları da əldə etmək niyyətində olduğu diqqətə çatdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts