“Arşın mal alan” tamaşası Moskva səhnəsində

Tokio, 6 aprel , /AJMEDIA/

Moskvadakı Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) tədris mərkəzində Rusiyanın Əməkdar incəsənət xadimi, QİTİS-in Estrada sənəti kafedrasının və B.V.Şukin adına Teatr rejissorluğu kafedrasının müdiri Mixail Borisovun xatirə axşamı təşkil edilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının “Sozvezdie-Yıldızlık” teatrının truppası dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edib.

Teatrın QİTİS-in müxtəlif illərdə məzunu olan truppa üzvləri, Mixail Borisovun yetirmələri görkəmli səhnə ustası və rejissorun 2012-ci ildə öz tələbələri ilə səhnələşdirdiyi ən yaxşı tamaşalardan birini təqdim ediblər.

Tamaşadan əvvəl rejissorun dostları və həmkarları öz təəssüratlarını bölüşüb, onunla birgə çalışdıqları illərdən bəhs ediblər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək bildirib ki, Mixail Borisov Azərbaycanın böyük dostu olub. O vurğulayıb: “Mixail Borisoviç son illər Azərbaycanın gənc səhnə ifaçıları üçün aktyorluq kursları keçib. Azərbaycan Dram Teatrının böyük, dünya miqyasında tanınan rus teatrının əsl məktəbini keçmiş ustadlarla tamamlanması bizi inanılmaz dərəcədə sevindirir. Bunun üçün də öz istedadını, bilik və bacarıqlarını həmişə səxavətlə bölüşən Mixail Borisoviçə təşəkkür edirəm. Əminik ki, rejissorun azərbaycanlı tələbələri onun qayğıkeş rəhbərliyi altında təhsil aldıqları illəri minnətdarlıqla xatırlayacaq”.

Rusiya Federasiyası Hökumətinin mədəniyyət sahəsində mükafatının laureatı, Rusiyanın və Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi Dmitri Tumanov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Mixail Borisov Azərbaycan mədəniyyətinə böyük sevgi hissi bəsləyirdi. O əlavə edib: “Mixail Borisovun xatırəsini anım günündə QİTİS-in rektoru Qriqori Zaslavski “Arşın mal alan”ın Mixail Borisoviçin sevimli məzunları tərəfindən göstərilməsinə qərar verdi. Bu dahi Azərbaycan klassikinin yaradıcılığının ən yaxşı əsərlərindən biridir. Gülçöhrə rolunu Borisovun sevimli tələbəsi olmuş, “Sozvezdie-Yıldızlık” teatrının aktrisası, “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı gənclər bölməsinin rəhbəri Kamilə Ələsgərova ifa edir.

Qeyd edək ki, “Sozvezdie-Yıldızlık” teatrının artistləri musiqi və aktyor məharətlərini ustalıqla nümayiş etdiriblər. Tamaşadakı hər bir səhnə, mahnı tamaşaçılar tərəfində böyük heyranlıqla qarşılanırdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts