Tokio, 21 iyun , /AJMEDIA/
Azərbaycan coğrafi mövqeyinə görə qədim zamanlardan müxtəlif xalqlar, mədəniyyətlər, etnik qruplar və dinlərlə təmasda olaraq müxtəlif mədəniyyətlərə açıq və tolerant bir ölkəyə çevrilib.
AJMEDIA xəbər verir ki, bunu Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi ölkəsinin milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O, Azərbaycanla Argentina arasında əlaqələrin 1990-cı illərin əvvəllərində qurulduğunu xatırladaraq bildirib ki, davamlı inkişafda olan bu münasibətlər ikitərəfli ticarətin inkişafının əsasını qoyan çoxsaylı sazişlərdə əksini tapıb.
“Bu münasibətlərdə mübahisəli məsələlər yoxdur. Əksinə, ümumi beynəlxalq hüququn bir çox prinsiplərinin tətbiqi ilə bağlı oxşar baxışlar var”, – deyə xanım səfir vurğulayıb.