“Apple” şirkətinin xalis mənfəəti 2,5 dəfə artıb

Tokio, 4 avqust , /AJMEDIA/

ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple” kompaniyasının aprel-iyun dövründə əldə etdiyi gəlir illik müqayisədə 1 faiz azalıb.
AJMEDIA şirkətdən verilən açıqlamaya istinadla xəbər verir ki, iyulun 1-də başa çatan üçüncü rübün hesabatında “Apple” kompaniyasının gəliri keçən ilin eyni dövrünə görə 1 faiz azalaraq, 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar təşkil etmişdi.
Qeyd edilən azalmaya baxmayaraq, şirkətin bazar gözləntilərini üstələyən gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.
Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 faiz artaraq, 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.
“iPhone” satışlarının məbləği aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 39,7 milyard dollar olub.
Eyni dövrdə “iPad” satışları 20 faiz azalaraq 5,8 milyard dollara, “Mac” satışları isə 7 faiz azalaraq 6,8 milyard dollara düşüb.
“Apple” kompaniyasının icraçı direktoru (CEO) Tim Kuk, balans dövrü ərzində 1 milyarddan çox ödənişli abunə sayəsində xidmət gəlirlərində bütün zamanların rekordunu qırdıqlarını açıqlayıb. Kuk, güclü “iPhone” satışları sayəsində inkişaf etməkdə olan bazarlarda davamlı olaraq güc qazandıqlarını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts