Apellyasiya Arbitraj Tribunalı “Qəbələ”nin şikayətini təmin etməyib

Tokio, 17 yanvar , /AJMEDIA/

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Qəbələ”nin futbolçusu Samuel Tettenin cəzasını azaltmayıb.

AJMEDIA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi qanalı forvardın ikisi şərti olmaqla 4 matçlıq diskvalifikasiya cəzasını qüvvədə saxlayıb.

“Qəbələ” Azərbaycan Premyer Liqasının XVII turunda təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə alan 27 yaşlı hücumçu ilə bağlı apellyasiya versə də, bu təmin olunmayıb. Oyunçunun bu hərəkəti bölgə təmsilçisinin 3000 manat cərimələnməsinə səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts