APA-nın iqtisadiyyat və dayanıqlı inkişaf daimi komitəsinin iclası keçirilib

Tokio, 20 fevral, /AJMEDIA/

Fevralın 20-də Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) iqtisadiyyat və dayanıqlı inkişaf daimi komitəsinin iclası keçirilib.

AJMEDIA xəbər verir ki, iclasda əvvəlcə qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin çıxışı dinlənilib.

Daha sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb.

Müzakirəyə çıxarılan “Asiyada enerji bazarının yaradılması haqqında”, “Maliyyə məsələləri: İqtisadi artım üçün səylərin təmin edilməsi haqqında”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsinin dəstəklənməsi haqqında APA parlamentarilərinin rolu haqqında”, “Asiya İqlim Maliyyə təşəbbüsü haqqında” qətnamə layihələri və ətraf mühit layihələri üzrə qərar layihəsi komitə tərəfindən qəbul olunaraq plenar sessiyaya tövsiyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts