Antalya Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf prespektivləri müzakirə olunub

Tokio, 2 mart , /AJMEDIA/

III Antalya Diplomatiya Forumu çərçivəsində “Avrasiyada yeni əməkdaşlıq dinamikaları” mövzusunda panel iclas keçirilib.

AJMEDIA xəbər verir ki, panel iclasda Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin icraçı direktoru Kairat Sarıbay, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digərləri iştirak edib.

Panel iclasda iqlim dəyişikliyi, qlobal istiləşmə, su qaynaqlarının azalması və bu kimi təbiət hadisələrinin törətdiyi fəsadlar, Avrasiya ölkələri arasında infrastrukturun tranzit dəhlizlərin inkişafında rolu kimi mövzular müzakirə olunub. Həmçinin sessiyada terrorla mübarizə sahəsində əməkdaşlıq, gömrük işinin sadələşdirilməsi, qarşılıqlı ticarətin asanlaşdırılması, enerji təchizatı təhlükəsizliyinin təmin olunması kimi mövzulardan da danışılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts