Annalena Berbok: Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır

Tokio, 5 noyabr , /AJMEDIA/

Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır.

AJMEDIA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Demarkasiyanın çətin və uzun proses olduğunu diqqətə çatdıran nazir normallaşma prosesində Avropa formatının əhəmiyyətini qeyd edib. “Məqsədimiz etimad quruculuğu ilə məşğul olmaqdır. Mina təhlükəsi ilə mübarizə üçün layihəmizi bugünkü görüşdə təqdim etdik. Əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə A.Berbok bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts