Ankarada leysan səbəbindən bəzi küçələri su basıb

Tokio, 12 iyun , /AJMEDIA/

Ankarada leysan səbəbindən bəzi küçələri su basıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, Ankarada güclü leysan və dolu səbəbindən bəzi küçələrdə gölməçələr əmələ gəlib. Maşınlar yığılan su səbəbindən irəliləməkdə çətinlik çəkib, küçələrdə yağışa hazırlıqsız olan vətəndaşlar bağlı ərazilərdə leysan yağışının dayanmasını gözləyiblər.
Avtomobillərində qalaraq heç yerə çıxa bilməyən bəzi vətəndaşlar yanğınsöndürənlər və sakinlər tərəfindən xilas edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts