Ankarada “Bir millət, iki paytaxt” layihəsinin uğurla həyata keçirildiyi bildirilib

Tokio, 8 iyun , /AJMEDIA/

Türkiyənin Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Diaspor və Xaricdəki Soydaşlarla İş İdarəsi “Bir millət, iki paytaxt” layihəsinin uğurla həyata keçirildiyini bildirib. Bu layihə çərçivəsində Azərbaycan və Türkiyə məktəblilərinin iştirakı ilə çoxsaylı təhsil və mədəniyyət tədbirləri təşkil edilir.

AJMEDIA xəbər verir ki, sözügedən idarənin sosial şəbəkələrdəki səhifələrində həmin layihə çərçivəsində keçirilən tədbirlərdən çəkilmiş fotoşəkillər yerləşdirilib.

İdarənin dəstəklədiyi layihənin birinci mərhələsi mayın 27-dən 31-dək Ankarada həyata keçirilib, hazırda davam edən ikinci hissə isə iyunun 9-da Bakıda başa çatacaq.

İki qardaş ölkənin məktəbliləri tarix, dil, din və xalqlarımızın mədəni irsi haqqında müfəssəl informasiya əldə edir, bu əsnada Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və sarsılmaz bağların olduğu vurğulanır. Bununla yanaşı, onlara milli mətbəx nümunələri barədə də məlumat verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts