Ankara və Bakı beşinci nəsil qırıcı təyyarənin yaradılmasında əməkdaşlıq edəcək

Tokio, 27 iyul , /AJMEDIA/

Ankara və Bakı beşinci nəsil “Kaan” türk qırıcı təyyarəsinin yaradılması layihəsi üzrə əməkdaşlıq barədə razılığa gəlib.
AJMEDIA TRT telekanalına istinadla xəbər verir ki, razılaşma İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşəcək. Layihəyə Ukraynanın da qoşulması gözlənilir.
Bakının layihədə iştirakı Rusiya istehsalı MİQ-29 təyyarələri ilə təchiz olunan Azərbaycan Hərbi Hava Qüvvələrinin modernizə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşan “Defence Turk” portalının məlumatına görə, layihəyə Ukrayna da qoşula bilər.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısı “Kaan” ilk uçuşunu bu il həyata keçirəcək, onun kütləvi istehsalı isə 2028-ci ildə başlayacaq. Qırıcı taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəz edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts