Tokio, 29 mart , /AJMEDIA/
TÜRKSOY-un Türkmənistanın Anev şəhərini 2024-cü il üçün “Türk dünyası mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar açılış mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirak edib.
Tədbirin açılışında Türkmənistanın Baş nazirinin müavini Mahricemal Mamedova Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Anev şəhərinin və bu torpaqların türkmən xalqının müqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəni irsinin mərkəzi olduğunu vurğulayıb. S.Raev bildirib ki, bu il TÜRKSOY tərəfindən yaranmasının 300 illiyi münasibətilə Türk dünyasında milli türkmən ədəbiyyatının klassiki, böyük şair Məhdimqulu Fəraqi ili elan olunub.
Daha sonra türk coğrafiyasında 9 ölkədə 650-dən çox sənətçi türk xalqlarının rəngarəng rəqslərini və musiqisini ifa ediblər.