Tokio, 04 aprel, /AJMEDIA/
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə AJMEDIA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidən (ANAMA) məlumat verilib. Bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Azərbaycan Mühəndislik Akademiyasının əməkdaşları Milli Aviasiya Akademiyasının tələbələri ilə birlikdə UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının Ümumdünya Mühəndislik Gününə həsr olunmuş “Hackathon-2025 Dayanıqlı İnkişaf” müsabiqəsində layihə ilə iştirak ediblər.