ANAMA: Azad edilmiş ərazilərdə 10 min kvadratkilometrdən çox sahə mina və partlamamış hərbi sursatlarla çirklənib

Tokio, 30 may , /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərdə 10 min kvadratkilometrdən çox sahə mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilan şəhərində ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransında deyib.

Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırıb. O, kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növlərinin olduğu ərazilərin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqlarla ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts