“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır

Tokio, 18 fevral, /AJMEDIA/

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır.

AJMEDIA xəbər verir ki, xalqımızın qan yaddaşına yazılan Xocalı soyqırımına həsr olunan “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəyə minlərlə ziyarətçi üz tutur.

Bu il də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan tədbirlər planına əsasən ərazidə abadlıq və səliqə-sahman işləri aparılır. Parkın yerləşdiyi ərazinin yaşıl örtüyü yenisi ilə əvəz olunub. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri aparılıb, işıqlanma bərpa edilib. Hazırda Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, rəngləmə işləri aparılır, səkilər yuyulub təmizlənir. Xocalı prospekti, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kolları əkilir. Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilməsi işlərinə başlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts