Amerikalı rəssam Kit Harinqin məşhur əsəri süni intellekt vasitəsilə tamamlanıb

Tokio, 14 yanvar , /AJMEDIA/

Amerikalı rəssam Kit Harinq öz parlaq və adətən siyasi xarakterli əsərləri ilə tanınsa da, bəlkə də onun ən təsirli əl işi “Yarımçıq rəsm” adlı şəkildir. Harinqin qrafik üsulla çəkilmiş əsərində bir küncdən başqa, kətanın çox hissəsi boşdur, bu da Harinqin və digər bir çox insanın QİÇS epidemiyası səbəbiylə üzləşdiyi yarımçıq taleyi əks etdirir. İndi isə süni intellekt texnologiyasının köməyi ilə “X” sosial şəbəkəsi istifadəçilərindən biri bu qrafik təsviri təsadüfən onun əsas mənasından məhrum edərək, “tamamlamaq” qərarına gəlib.

AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, “tamamlanmış” şəkil sosial şəbəkədə mübahisələrə səbəb olub. Bir çox istifadəçilər bunun Harinqin yaradıcılıq irsinə hörmətsizlik olduğunu bildiriblər.

Kit Harinq, 1980-ci illərdə Amerika pop-artının və küçə sənətinin ən parlaq nümayəndələrindən biri idi. O, xeyriyyəçilik və ictimai fəaliyyətlə məşğul olub, sağlığında ABŞ pop-art sənətinin əfsanəsinə çevrilib. Kit Harinq qısa müddət ərzində dünyanın ən uğurlu və populyar rəssamlarından biri kimi tanınıb. O, məşhur və tanınmış şəxslərlə dostluq edib, tez-tez səyahətə çıxıb, özünü sənətinə həsr edib. 1982-1989-cu illərdə ustad rəssam müxtəlif ölkələrdə təxminən 50 sənət əsəri yaratmağa müvəffəq olub. O, 1986-cı ildə “Pop Shop” art-mağazasını yaradaraq, burada öz rəsmlərinin əks olunduğu nişanlar, köynəklər, saatlar və posterlərin satışını həyata keçirib. Rəssam 1988-ci ildə QİÇS-ə yoluxduğunu öyrəndikdən sonra xeyriyyəçilik fəaliyyətini artırıb, insan sağlamlığına və təbiətə qayğıkeş münasibətlə bağlı aktual mövzuların qaldırılması ilə məşğul olub. 1989-cu ildə, indiyədək HİV xəstəliyi və imkansız uşaqların problemləri ilə məşğul olan “Kit Harinq xeyriyyə fondu” yaradılıb. “Street-art” sənətinin dahisi 1990-cı il fevralın 16-da HİV infeksiyasının səbəb olduğu ağırlaşmalardan sonra həyatla vidalaşmalı olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts