Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı nəşr olunub

Tokio, 18 oktyabr , /AJMEDIA/

150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünyaşöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən AJMEDIA-ya bildirilib ki, yazıçının “Yalnız özümçün yazıram…” sərlövhəli müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.

Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Centre”, “Çıraq” kitab evi, Prezident Kitabxanası, Azərbaycan Dillər Universitetinin satış köşkü kitab evlərindən və mağazalarından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts