Amerika-Azərbaycan Gənclərinin Forumu çərçivəsində “Breyn-Rinq” təşkil olunub

Tokio, 3 sentyabr, /AJMEDIA/

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində təşkil olunan Amerika – Azərbaycan Gənclərinin Forumunun iştirakçıları arasında “Breyn-Rinq” intellektual oyunu keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, Şimali Kaliforniyada yaşayan diaspor fəalları Nurlan Şükürlü və Ülvi Verdiyevin təşkilatçılığı ilə baş tutan yarış qonaqlar tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, oyunda ümumilikdə 8 komanda iştirak edib. Suallar Azərbaycan dilində tərtib olunub və Azərbaycanın mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, eləcə də dünya mədəniyyətinə aid olub.

Gərgin keçən final görüşünün sonunda “Azərbaycan Xanımları” komandası “South-East” komandasına qalib gəlib.

Qaliblər medallar və kubokla təltif ediliblər.

Forumun ikinci günündə iştirakçılar Vaşinqtonun tarixi yerlərində ekskursiyada olublar.

ABŞ-ın 21 ştat və şəhərində təhsil alan, yaşayan azərbaycanlı gənclər Ağ evi, tarixi Kapitol Hilli, ABŞ-ın 16-cı Prezidenti Abraham Linkolnun şərəfinə ucaldılan Memorialı və ABŞ-ın 3-cü Prezidenti Tomas Cefersonun Memorialını ziyarət edib, xatirə şəkli çəkdiriblər.

Forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan-Amerika Təşkilatları Alyansına təşəkkürlərini bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts