Tokio, 25 avqust , /AJMEDIA/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, müsabiqə 2022-ci il avqustun 25-dən noyabrın 25-dək açıqdır. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini 2022-ci il noyabrın 25-dək [email protected] ünvanına göndərməli, dekabrın 2-dək imzalanmış sənədləri AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (İstiqlaliyyət küçəsi, 30, AZ1001, Bakı) təqdim etməlidir.
Müsabiqə üçün ərizə forması və daha ətraflı məlumat AMEA-nın saytında yerləşdirilib.