Tokio, 14 sentyabr, /AJMEDIA/
Qarabağ Universiteti Qarabağın əsas və böyük elmi-mədəni mərkəzidir. Bu universitet Qarabağı ölkəmizin və dünyanın əsas elm-təhsil mərkəzlərindən birinə, Xankəndini isə gənclik şəhərinə çevirəcək.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli söyləyib. O bildirib ki, Qarabağ Universiteti Qarabağ həqiqətlərini dünyaya çatdıracaq.
AMEA prezidenti deyib ki, qısa müddət ərzində Elm və Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçirilən genişmiqyaslı hazırlıq işləri Qarabağ Universitetinin ilk tədris ilindən başlayaraq böyük hədəflərə doğru irəliləməsinə tam əsas verir. Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ Universitetinin daha da inkişaf etdirilməsi üçün üzərinə düşən hər cür dəstəyi göstərməyə hazırdır. Qarabağ Universitetinin açılması ölkəmizin çoxəsrlik təhsil tarixinin ən böyük hadisəsidir.