AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Tokio, 1 iyun , /AJMEDIA/

2025-ci ildə AMEA-nın 80 illik yubileyi qeyd olunacaq.

AJMEDIA xəbər verir ki, bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclasında vitse-prezident, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev məlumat verib.

Akademik yubiley çərçivəsində müxtəlif tədbirlərin, konfransların, elmi seminar və sessiyaların keçirilməsinin, çoxsaylı elmi nəşrlərin, bukletlərin hazırlanmasının nəzərdə tutulduğunu söyləyib.

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının da yenidən çapının planlaşdırıldığını qeyd edən alim bu məqsədlə nəşrdə akademiyanın həqiqi və müxbir üzvləri ilə bağlı məlumatların yenilənməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti kitabın FRTEB üzrə məlumatlarının yenilənməsinin vəziyyəti haqqında məlumat verərək nəşrdə bölmə üzrə 83 ümumi profil məlumatının yeniləndiyini, eyni zamanda, 22 profil məlumatı üzərində işlər aparıldığını qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts